• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Aşqabad görüşləri "Siyəzən -Türkmənbaşı" fiber-optik magistralın reallaşmasını sürətləndirə bilər

CƏMİYYƏT

29 Noyabr 2021 | 16:31

Aşqabad görüşləri Siyəzən -Türkmənbaşı fiber-optik magistralın reallaşmasını sürətləndirə bilər

"Magistrallar Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycanı mərkəzi ölkəyə çevirəcək və rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq."

Bakıvaxtı.az xəbər verir ki, bunları Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

"2019-cu ildə Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb. Saziş Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Sazişə əsasən, Xəzər dənizinin dibi ilə çəkiləcək, uzunluğu 300 km olan, məlumat ötürməsi 2-4 terabit/s olan magistral fiber-optik kabel xətti Azərbaycan tərəfdən magistral internet provayderi “AzerTelecom” şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru “Türkmentelekom” tərəfdən reallaşdırılacaq.

Bu magistral kabel xəttinin çəkilməsi Azərbaycandan keçəcək və Avropa ilə Asiyanı birləşdirəcək Rəqəmsal İpək Yolunu formalaşdıracaq.

“Azerbaijan Digital Hub” proqramı çərçivəsində reallaşdırılan magistral xətt Avropa internet mərkəzlərindən internet trafikinin məhz Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə də imkan verəcək.

Xatırladıram ki, Azərbaycan və Qazaxıstan arasında da uzunluğu 400 km olan Transxəzər Fiber Optik kabel xəttinin çəkilməsi ilə bağlı operatorlar arasında müqavilə və iki ölkə arasında dövlətlərarası saziş mövcuddur.

Bu magistrallar Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycanı mərkəzi ölkəyə çevirəcək və rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq. Kabel xətti hər iki ölkənin telekommunikasiya sektorunun inkişafına, eləcə də regional inkişafa töhfə verəcək.

Düşünürəm ki, bir neçə gün öncə Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşləri, həmçinin digər rəsmi şəxslər səviyyəsində keçirilən görüşlər də Transxəzər Fiber Optik layihəsinə diqqəti artıracaq və onun reallaşmasını xeyli sürətləndirəcək".

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Yanvar 2022