• Bakı C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

"Aşqabad sazişi Azərbaycanın strateji hədəflərilə bağlıdır" - AÇIQLAMA   

Gündəm

29 Noyabr 2021 | 16:38

Aşqabad sazişi Azərbaycanın strateji hədəflərilə bağlıdır - AÇIQLAMA   

Xəbər verdiyimiz kimi, ötən gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) zirvə toplantısı keçirilib. Azərbaycan Prezidentinin də iştirak etdiyi sammitdə dövlət başçıları ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Bakıvaxtı.az gündəm mövzusu olan bu məsələ ilə bağlı ekspertlərdən açıqlama alıb.

İqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, sammitdə iştirak edən ölkələrin hər birinə faydalıdır: “Ancaq nəzərə almaq lazımdır ki, Xəzərətrafı ölkələrin Xəzərin statusu ilə bağlı uzun müddət Rusiyanın qeyri-konstruktiv mövqeyindən ibarət olan siyasəti Transxəzər layihələrinin həyata keçirilməsinə maneçilik yaradıb. Həmçinin indi də maneçilik yaradır”.

N.Bəydəmirli qeyd edib ki, Transxəzər boru kəmərinin Avropa birliyi və Amerika Birləşmiş Ştatları dəstəkləyirdi, onun da qabağına böyük bir daş atıblar: “Belə ki, istənilən layihə Xəzərsahili ölkələrlə razılaşdırılmalıdır. Baxmayaraq ki, Xəzərin dibi bölüşdürülüb, digər məsələlərlə bağlı yəni iki ölkə hər hansı bir beynəlxalq layihəni həyata keçirə bilmirlər.

Aşqabadda imzalanmış üçtərəfli sazişə əsasən İrandan keçməklə Türkənistandan Azərbaycana 1,5-2 milyard kubmetr qazın verilməsi irəli atılan bir addımdır. Ancaq bu təbii ki, strateji hədəflərlə bağlıdır. Çünki əslində Nabukko qaz kəməri və digər layihələrə verilməsi üçün ən azı 10-15 milyard kubmetr qaz lazım idi. Türkmənistan belə planlaşdırmışdı. Digər məsələləri də normal qarşılayıram. Hesab edirəm ki, regional ölkələr bir-birindən münaqişə şəraitində yox, daha çox əməkdaşlıq və səmərəli, faydalı nəticələrə gəlmək üçün belə addımlar atmaqları müsbətdir”. 

Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, Azərbaycan müstəqillik qazanandan bəri bir çox istiqamətlərdə ikitərəfli və çoxtərəfli münasibətlərdə dövlət maraqlarının reallaşması üçün mühüm addımlar atmağa başladı.

“Bir çox təşkilatlarda müxtəlif dövlətlərlə əlaqələrin güclənməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən addımlar atdıq. Təbii ki, regional və beynəlxalq təşkilatlarla iş rəsmi Bakı üçün əsas prioritetlərdən biri idi və bu xüsusda iqtisadi əməkdaşlıq təşkilatı ilə birgə əməkdaşlıq da vacib komponentlərdən idi. Təsadüfi deyil ki, ölkəmiz iqtisadi əməkdaşlıq təşkilatı platformasına töhfə verəcək bir sıra təkliflərlə bu illər ərzində çıxış etmişdi və nəticə etibarilə bir neçə dəfə Bakıda elə iqtisadi əməkdaşlıq təşkilatının toplantıları da keçirilmişdir. Digər təşkilatlarda olduğu kimi bu təşkilatda da Azərbaycan böyük işlər görüb, o cümlədən təşkilatın əsas mərkəzə çevrilməsi istiqamətində əhəmiyyətli addımlar atıb. Təşkilatın dünən Aşqabadda baş tutan və 10 dövlətin iştirakı ilə keçirilən görüşü də mühüm əhəmiyyət kəsb edirdi. Görüş çərçivəsində Azərbaycan prezidenti Pakistan, Türkmənistan, İran və Türkiyə liderləri ilə görüşlər keçirmiş və bu görüşlərdən ikitərəfli münasibətlərin daha da inkişaf etməsi həmin ölkələrdə müzakirə predmeti olub. Əlbəttə, vacib görüşlərdən biri də həm də İran İslam Respublikası və Azərbaycan respublikasının prezidenti arasında görüş idi. Çünkü son zamanlar iki tərəf arasında müəyyən çağırışlar var idi və müəyyən sual doğuran məsələlər var idi.

Prezidentlər dünənki görüşdə İran-Azərbaycan arasında münasibətləri iki qardaş və dost xalq arasında olan münasibətlərin ruhuna uyğun olaraq bundan sonra inkişaf edəcəyi ilə bağlı çıxış etdilər və eyni zamanda birgə müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənməsi siqnalını verdilər. Artıq bunun ilkin görüntüləri dünən var idi. Bu dünən Aşqabadda Türkmənistan-Azərbaycan və İran arasında təbii qazın İran vasitəsilə Azərbaycana nəqlini nəzərdə tutan əhəmiyyətli bir sənəd idi ki, prezident İlham Əliyev həmin sənədi tarixi sənəd adlandırdı. Bu sənədlə əslində biz cənub-şimal və cənub-qərb nəqliyyat dəhlizində vacib mərkəz rol oynadığımızı bir daha sübut etmiş olduq”, - deyə politoloq bildirib.

Ramid İbrahimov

 


SON XƏBƏRLƏR

26 Yanvar 2022