• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək

SİYASƏT

28 Noyabr 2021 | 17:56

Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Xəbər verdiyimiz kimi, noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olunub. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulanıb. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib.


SON XƏBƏRLƏR

26 Yanvar 2022