• Bakı C

    9.83 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

“Azərbaycan Rusiyanı məcburi etdi ki, Ermənistan...” – AÇIQLAMA

Gündəm

29 Noyabr 2021 | 11:12

“Azərbaycan Rusiyanı məcburi etdi ki, Ermənistan...” – AÇIQLAMA

Xəbər verildiyi kimi, dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Bu görüşdən öncə, noyabrın 26-da Rusiyanın təşəbbüsü ilə Soçidə görüş keçirildi. Bu günlərdə əsas müzakirə mövzusu Soçi görüşünün nəticələri ilə bağlıdır.

“Soçi görüşünün keçirilməsi əvvəldən planlaşdırılmış bir görüş deyil. Bu görüş Azərbaycanın siyasi maraqlarına uyğun olaraq həyata keçirildi. Məsələ onda idi ki, Azərbaycan Prezidenti İham Əliyev dekabrın 15-də Şərq tərəfdaşlıq şurasının toplantısında Paşinyanla görüşməyə razılıq vermişdi. İstər-istəməz bu Rusiyanın siyasi qısqanclığına səbəb oldu və təcili Soçi görüşünün keçirilməsi gündəmə gəldi”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Politoloq qeyd edib ki, bu görüşdə Azərbaycanın marağına uyğun olaraq 3 istiqamətdə qərar qəbul olunub: “Birincisi ondan ibarətdir ki, ilin sonuna qədər Azərbaycanın sərhədlərinin delimitasiya və demarkasiyası məsələsi demək olar ki, öz həllini tapdı. Çünki Vladimir Putin bunu dəfələrlə bəyan etdi. İkincisi, Azərbaycanın marağına uyğun olaraq həm Rusiyanın, həm digər Qafqaz dövlətlərinin marağına uyğun olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər birmənalı şəkildə Putinin istəyi əsasında həll olunacağı məsələsi dəqiqləşdi. Üçüncü məsələ də sülh müqaviləsinin hazırlanmasıdır. Soçidə keçirilən görüşdə Putin Azərbaycana olan münasibətin öz siyasi maraqlarına uyğun olaraq müsbət olduğunu bəyan etdi. Həm Azərbaycan prezidentinin qarşılanması səhnəsi, həm Azərbaycan prezidentinə olan isti münasibət qalib dövlətin ali baş komandanının həyata keçirdiyi siyasətin nəticəsidir. Müasir dövrdə İlham Əliyev tapıntılı siyasət, buna böhranlı şəraitdə evristik idarəetmə də deyilir ki, onu həyata keçirməyi bacardı. Orada olunan müzakirələrdə Paşinyan elan etdi ki, Azərbaycan sərhədləri pozub, bu tip məsələləri gündəmə gətirdi. Putin bu söhbətlərin üzərindən sakitliklə keçdi ki, yəni bunlar mənim üçün maraqlı deyil, eyni zamanda həqiqəti danışmırsan. Putin Paşinyanın Ermənistanın daxili əhalisinə hesablanmış maraqlarını da gördü”.

Politoloq bildirib ki, Paşinyan Brüsselə hazır sənədlərlə gedəcək: “Putin Paşinyana qulaq burması verdi. O əminliklə dedi ki, Brüsselə artıq hazır sənədlərlə gedəcəksiniz. Yəni Avropa İttifaqının nə isə yeni bir şey əlavə edəcəyi mümkünsüzdür. Bu da Azərbaycanın maraqlarına çox uyğun idi. İlham Əliyev əslində Soçi görüşünün çox ustalıqla təşkil olunmasında önəmli rol oynadı. Əslində o, Rusiyanı məcbur etdi ki, siyasi qısqanclığa düçar olsun və həmin siyasi qısqanclıqdan da Azərbaycanın maraqlarına uyğun olaraq, Azərbaycanın istədiyi addımların atılmasına nail olundu. İnanıram ki, yaxın günlərdə Azərbaycanla Ermənistan arasında əvvəl qəbul olunmuş üçtərəfli bəyanatlar icra olunacaq. O cümlədən də sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun yaradılmasına start veriləcək. Ümumilikdə baxmayaraq ki, növbədənkənar, planlaşdırılmamış şəkildə həyata keçirilsə də, Soçidə keçirilən görüş Azərbaycanın siyasi maraqlarına uyğun idi və biz buradan özümüzə lazım olan bütün siyasi dividendləri əldə edə bildik. Bu da Azərbaycan prezidentinin yürütdüyü uğurlu xarici siyasətin nəticəsi kimi də dəyərləndirilməlidir”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

26 Yanvar 2022