• Bakı C

    9.83 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Azərbaycanın Türkmənistandan qaz almasında çıxarı nədir? – AÇIQLAMA  

İQTİSADİYYAT

29 Noyabr 2021 | 11:14

Azərbaycanın Türkmənistandan qaz almasında çıxarı nədir? – AÇIQLAMA  

Xəbər verdiyimiz kimi, Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.

Cəmiyyəti isə belə bir sual maraqlandırır: Qaz istehsal edən ölkə olaraq Azərbaycan qazı niyə Türkmənistandan alır? Azərbaycanın bu müqaviləni imzalamaqda çıxarı nələrdir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi ilə bağlanmış müqaviləni yüksək qiymətləndirdiyini bildirib:

“Bu, Azərbaycanın ən uğurlu müqavilələrindən biridir. Uzun zaman idi ki, bununla bağlı danışıqlar gedirdi, nəhayət ki, yekunlaşdı. Türkmənistan qazının Azərbaycan üzərindən ixracatı üçün çox maraqlı yeni bir üsul – marşurut məsələsinin həlli tapıldı. Doğrudur, qeyd etdiyim kimi, bu marşurut məsələsi ilə bağlı müzakirələr getsə də, əməli adımlar olmurdu. Bu müqavilədən sonra Azərbaycanın Türkmənistandan aldığı qazı öz infrastrukturu vasitəsi ilə Avropaya ixrac etməsi kifayət qədər uğurlu bir addım olacaq”.

“Bundan başqa, Türkmənistan qazı birbaşa Azərbaycana daxil olmur. İrana daxil olacaq Türkmənistan qazıının əvəzinə İran Azərbaycanla olan infrastrukturu vasitəsi ilə Azərbaycana eyni həcmdə qazı təqdim edəcək. Yəni bu, üçtrəfli, maraqlı və sərfəli bir müqavilədir” – deyə, ekspert bildirib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

26 Yanvar 2022