• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Azərbaycanla Səudiyyə arasında məsləhətləşmələr keçirildi

SİYASƏT

29 Noyabr 2021 | 18:04

Azərbaycanla Səudiyyə arasında məsləhətləşmələr keçirildi

Noyabrın 29-da Əl-Riyad şəhərində Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin birinci raundu keçirilib.

Bakıvaxtı.az XİN-ə istinadən xəbər verir ki, məsləhətləşmələrdə Səudiyyə Ərəbistanı tərəfini xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Xureyci, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.


SON XƏBƏRLƏR

26 Yanvar 2022