• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

“Bizim Türkmənistandan aldığımız qaza ehtiyacımız yoxdur, amma…” - Siyasi şərhçi

SİYASƏT

29 Noyabr 2021 | 15:25

“Bizim Türkmənistandan aldığımız qaza ehtiyacımız yoxdur, amma…” - Siyasi şərhçi

Xəbər verdiyimiz kimi, Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.

Cəmiyyəti isə belə bir sual maraqlandırır: Qaz istehsal edən ölkə olaraq Azərbaycan qazı niyə Türkmənistandan alır?

Siyasi şərhçi Əziz Əlibəyli Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanla Rusiya arasında da qaz mübadiləsinə dair müqavilə var:

“Bu müqavilənin nəticəsi kimi, xatırlayırsınızsa, bu ilin mart ayında Rusiya qazının əvəzində Azərbaycan 1 həftə müddətində Ermənistana qaz verdi. Yəni bütövlükdə yay və qış qazı anlayışları var. Azərbaycanın da Rusiya ilə qaz mübadiləsinin nəticəsi ölkənin qaz anbarlarının qış ərzində də dolu qalmasını təmin edir. Rusiya qazı bizə xüsusilə qışda lazım olur. Lakin gəlin, rəqəmlərə də baxaq. Məsələn, ölkədaxili sərfiyyat təxminən 10 milyard kub metr qədərdi, amma bu il üçün ümumi hasilat hədəfimiz 45 milyarddır. Bütövlükdə isə bu, 1,5-2 dəfə aralığında Türkmənistanın qazının verilməsi simvolik rəqəm daşıyır. Yəni burda əslində bizim Türkmənistan, yaxud da, Rusiya qazına ehtiyacımız yoxdur. Sadəcə olaraq, bizim bir sıra hədəflərimiz var. Məsələn, Türkmənistanla Azərbaycan arasında yanvarın 21-də bağlanan müqavilədə dostluq neft yatağının birgə kəşfiyyatının işlənməsi nəzərdə tutuldu. Orda da təxminən 50 milyonluq neft, 100 milyard kub metr də qaz var. Bu, o vaxta təsadüf elədi ki, biz 2020-ci ildə 44 günlük Vətən müharibəsində qalib gəldik və ardınca Zəngəzur dəhlizinin inşa edilməsi məsələsi ortaya çıxdı deyə, Zəngəzur dəhlizinin qərb hissəsi Azərbaycan və şərq hissəi Türkmənistan oldu. Region üzərində qlolbal iqtisadi maraqlar o dərəcədə ciddi şəkildə üst-üstə düşdü ki, Türkmənistan və Azərbaycan arasında yaranmış otuz illik münaqişə bir günün içində həll olundu”.

“Deməli, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabad görüşündən ortaya çıxan nəticə nədən ibarətdir?

Ondan ibarətdir ki, əslində bizim o qaza ehtiyacımız yoxdur, amma biz İran Prezidentinin də iştirak etdiyi bu tədbirdə razılaşdırdıq ki, yaxın gələcəkdə işə düşəcək Zəngəzur dəhlizi, neft və qaz kəmərləri, bölgənin inkişafı, sülhün inşası Şərqlə Qərbi birləşdirsin. Londonla Çin arasında Azərbaycandan keçəcək bu yolun təməllərini Orta Asiya – İran, Rusiya, Ermənistan və Türkiyə vasitəsi ilə həyata keçirilməsini təmin eləsin. Bu, çox qlobal bir addımdır. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda bizim karbohidrogen ehtiyatlarımız Avropaya çıxarılanda, həm də bu hədəflənmişdi. O zaman bu, Şərqlə Qərb arasında idisə, indi daha qlobaldı.

Yəni, qısacası, bizim o qaza ehtiyacımız yoxdu. Sadəcə, biz ixracatçı ölkə olduğumuzdan, artıq buna reksport anlayışı deyirlər, ona görə biz Türkmənistanda da, İrandan da, Qazaxıstandan da qaz alacağıq” – deyə, Ə.Əlibəyli qeyd edib.

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR

26 Yanvar 2022