• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

"Dünyada elə bir "virus şizofreniyası" yayırlar ki..." - Azərbaycandan ÜST-ə ittiham

CƏMİYYƏT

28 Noyabr 2021 | 20:33

Dünyada elə bir virus şizofreniyası yayırlar ki... - Azərbaycandan ÜST-ə ittiham

"Ümumdünya Səhiyyə (əslində, cinayət) Təşkilatı - ÜST, dünyanı dolamaqda davam edir, pandemiyanın bitməsinə imkan vermir, insanlığı qorxu altında saxlamağa çalışır, artıq suallar, məntiqsizlik o qədər artıb ki, bunun altından çıxa bilməyəcəklər".

Bakivaxti.az xəbər verir ki, bu fikirləri ReAL partiyanın icra katibi Natiq Cəfərli irəli sürüb. O bildirib ki, vaksin siyasəti də, PSR yanaşması da, maska "şizofreniyası" da artıq gülüş və qəzəb doğurur: "İndi də yeni ştamm məsələsini ortaya atıblar, adını da "omikron" qoyublar, Yunan əlifbasının 15-ci hərfidir, əvvəl 13-cü hərf olan "nyu" adlandırmaq istəyiblər, sonra görüblər ki, səslənməsinə görə ingilis dilindəki "new" (yeni) sözünə oxşayır, qarışıqlıq yarada bilər - ona görə vaz keçiblər.

Sonra Yunan əlifbasının 14-cü hərf olan "ksi" hərfindən də vaz keçiblər - çünki, Çinin xətrinə dəyə bilərdi, deyiliş olaraq Çin rəhbərinin soyadına (yoldaş Si) oxşayırdı, Çin isə ÜST-ün ən böyük donorlarından biridir. Ona görə də, 13 və 14-cü hərfləri buraxıb yeni ştamma "omikron" adı qoydular ki, heç kəsin xətrinə dəyməsin - dolayıblar camaatı.

Ən maraqlı bilirsiz nədir?! Bu virus bəlası bitdikdən sonra məlum olacaq ki, ilk gündən çayxanalarda edilən İQ səviyyəsi aşağı söhbətlər, tezislərlər haqlı çıxacaq - bizlər, onları ələ salanlar, aşağıyalanlar isə mat-məətdəl qalacağıq. Bu gün Dünyada elə bir "virus şizofreniyası" yayırlar ki, ağıllı adamlar, İQ səviyyəsi yüksək olanlar sual verə bilməsinlər, sorğulamasınlar, həmən onları "çayxana səviyyəsi" ilə təhdid edir, hədəfə çevirir, gözdən salırlar. Dünyaya bir baba-igid, böyük, çəkili dövlətin rəhbəri lazımdır ki, əlini masaya çırpıb, "bəsdirin", desin. Hələ ki, elə birisi görsənmir, yunan əlifbasında isə hərflər bitmək üzrədir".


SON XƏBƏRLƏR

26 Yanvar 2022