• Bakı C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

İsmayıllı rayon Mərkəzi Xəstəxanasının şöbə müdirini avtomobil vurdu

HADİSƏ

28 Noyabr 2021 | 19:45

İsmayıllı rayon Mərkəzi Xəstəxanasının şöbə müdirini avtomobil vurdu

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün axşam saat 18:30 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini, 1966-cı il təvəllüdlü Ağamirzəyev Fazil Səməd oğlu idarə etdiyi “10-LZ-067” dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə yol kənarındakı piyada səkisində hərəkət edən iki nəfəri - İsmayıllı rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Abbasov Elçin Şahsuvar oğlunu və qohumu, 1981-ci il təvəllüdlü Əzizov Rövşən Aydın oğlunu vurub. Yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR

26 Yanvar 2022