• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Konqoda kəndə silahlı hücum edildi - 12 nəfər öldü

DÜNYA

28 Noyabr 2021 | 23:59

Konqoda kəndə silahlı hücum edildi - 12 nəfər öldü

Naməlum şəxslərin Konqonun şimal-şərqindəki İturi əyalətində yerləşən kəndə hücumu nəticəsində azı 12 nəfər ölüb.

Bakıvaxtı.az RİA “Novosti”yə istinadən xəbər verir ki, hücumda CODECO qrupunun silahlıları şübhəli bilinir.

“On iki cəsəd noyabrın 28-də Cuqu ərazisindəki Drodro kəndi yaxınlığında tapılıb. Yerli vətəndaş cəmiyyəti qeyd edir ki, onlar bu səhər CODECO yaraqlılarının hücumundan sonra tapılıb”, - “Okapi” radiosunun açıqlamasında deyilir.

Bildirilib ki, Konqonun silahlı qüvvələrinin mövqeləri və məcburi köçkünlərin yerləşdiyi yerlərə hücum edilib. Mənbələr qeyd edib ki, ölənlərin sayı 23-ə çata bilər.


SON XƏBƏRLƏR

26 Yanvar 2022