• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

"Mançester Siti"inin futbolçusu ilin ən yaxşı pleymeykeri seçilib

İDMAN

29 Noyabr 2021 | 17:43

Mançester Sitiinin futbolçusu ilin ən yaxşı pleymeykeri seçilib

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Brüyne 2021-ci ilin ən yaxşı pleymeykeri seçilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Belçika millisinin yarımmüdafiəçisi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.

30 yaşlı oyunçu 160 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina yığmasının və Fransa PSJ-sinin hücumçusu Lionel Messi 105 xalla 2-ci olub. İngiltərənin "Mançester Yunayted" klubundan Brunu Fernandeş və Almaniya "Bavariya"sından Tomas Müller hərəyə 15 xalla 3 - 4-cü yerləri bölüşdürürlər.


SON XƏBƏRLƏR

26 Yanvar 2022