• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri aşkarlandı - FOTO

HADİSƏ

29 Noyabr 2021 | 11:09

Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri aşkarlandı - FOTO

Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə bu xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin keçirdiyi tədbirlər nəticəsində Vaqif Vəliyevin testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, karantin rejiminin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Əli Pirməmmədlinin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Hər iki şəxsin polis əməkdaşları tərəfindən müalicə aldıqları ünvanlara qaytarılması təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

26 Yanvar 2022