• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Ordumuzun minaatan və artilleriya bölmələri taktiki təlimlər keçirib - VİDEO

CƏMİYYƏT

29 Noyabr 2021 | 15:31

Ordumuzun minaatan və artilleriya bölmələri taktiki təlimlər keçirib - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda minaatan və artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, hərbi hissələrin çöl çıxışları dövründə keçirilən döyüş atışlı taktiki təlimlərdə bölmələrin komanda müşahidə məntəqəsinin açılması və atəş mövqeyini tutması tapşırıqları icra olunub.

Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınaraq keçirilən döyüş atışlı taktiki təlimlərdə əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

Minaatan və artilleriya vasitələri tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilib, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilib.

Qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.


SON XƏBƏRLƏR

26 Yanvar 2022