• Bakı C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Parklanma yerində qanunsuz tələb: “Müştəri deyilsinizsə, saxlamayın”

Gündəm

27 Noyabr 2021 | 12:53

Parklanma yerində qanunsuz tələb: “Müştəri deyilsinizsə, saxlamayın”

Bakı şəhəri Nizami küçəsinin Rəşid Behbudov küçəsi iıə Azadlıq prospektinin kəsişməsində olan ərazidə qanunsuz parklanma xidməti göstərilir. 
Bakıvaxtı.az
xəbər verir ki, bu ərazidə parklanma yerləri pulsuz olsa da, parkinqləri nəzarətə götürən şəxslər nəqliyyat vasitələrini park edən sürücülərdən qeyri-qanuni olaraq vəsait toplayır.
Sürücülər burada qeyri-qanuni qadağa ilə də üzləşə bilərlər. Belə ki, parklanma yerini nəzarətə götürən şəxslər sürücülərə deyirlər ki,  əgər “SilkWay Travel”ə məxsus aviakassanın və “Premium Bank”ın 1 saylı filialının müştərisi deyilsinizsə, burada park edə bilməzsiniz. 

Qeyd edək ki, sözügedən ərazidə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılıb. Lövhədə qeyd olunub ki, tariflər müəyyən edilənədək parklanma ödənişsizdir. 
Ramid İbrahimov


SON XƏBƏRLƏR

26 Yanvar 2022