• Bakı C

    9.83 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Prokurorluq orqanlarında 10 ay ərzində 1103 şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb

HADİSƏ

29 Noyabr 2021 | 11:28

Prokurorluq orqanlarında 10 ay ərzində 1103 şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb

2021-ci ilin yanvar-oktyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 1103 şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 1103-dür.

Belə ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 1103 şəxs barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb:

"Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur".


SON XƏBƏRLƏR

26 Yanvar 2022