• Bakı C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Rusiyanın bəyənmədiyi pomidor Bakı marketlərində: SAXTA ENDİRİM  

Gündəm

26 Noyabr 2021 | 18:18

Rusiyanın bəyənmədiyi pomidor Bakı marketlərində: SAXTA ENDİRİM  

Son günlər bazarda daha çox pomidor satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Azərbaycanın ixrac etdiyi pomidoru geri qaytardıqdan sonra Bakıda yerləşən supermarketlərdə və metrostansiyaların yaxınlığında küçə ticarəti ilə məşğul olan şəxslər müştərilərinə ucuz qiymətə pomidor təklif edirlər.

Supermarketlərdə pomidorlar yay fəslinin məhsulu kimi ucuz satılır.  1-1,50 manat qiymətlə təklif olunan pomidorlar misli görünməmiş endirimlə satılır.  

Qeyd edək ki, Rusiya Azərbaycanın ixrac etdiyi 17 ton pomidoru geri qaytarıb. Bu barədə noyabrın 23-də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat verib.  Məlumata görə, məhsulda “zərərvericilərin müəyyənləşdirilməsi” səbəbindən Azərbaycandan pomidor idxalını qadağan edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Republikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

26 Yanvar 2022