• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Türk lirəsi ucuzlaşır: Azərbaycana təsiri necə olacaq? - ŞƏRH

Gündəm

26 Noyabr 2021 | 12:46

Türk lirəsi ucuzlaşır: Azərbaycana təsiri necə olacaq? - ŞƏRH

“Son zamanlarda artan tendensiya ilə Türk lirəsinin (TL) ABŞ dolları (USD) qarşısında dəyər itirməsinin şahidi oluruq. Statistik rəqəmlərə nəzər salsaq, TL-nin USD qarşılığında bu il içərisində 30% dəyər itirməsini görmək mümkündür”. 
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli bildirib.


Ekspert qeyd edib ki, türk lirəsinin dəyər itirməsinin əslində həm ölkə daxili, həm də ölkə xarici səbəbləri mövcuddur: “Bu səbəblərdən biri ABŞ dollarının dəyər qazanması ilə birbaşa əlaqəlidir. Belə ki, oktyabrın sonundan etibarən dünya birjalarında ABŞ dolları sürətlə dəyər qazanmağa başlamış və hətta EURO belə ABŞ dolları qarşısında son bir həftədə ortalama olaraq 6% həcmində dəyər itirib. Hazırda 1 EUR 1.12 USD olaraq qərarlaşdırılıb ki, bu dəyər əvvəlki dövrlə müqayisədə 0.08 USD azalma göstərib. Hətta bu dəyişiklikləri manat EUR məzənnəsində də görmək mümkündür. İkinci səbəblərdən biri ABŞ-da baş verən pandemiya dövrü sonrası yüksək inflyasiyanın olması, dünya bazarlarında isə ABŞ dollarına tələbin çox olması və eyni zamanda 2022-ci il üçün ABŞ maliyyə siyasətinin dəyişməsi barədə dövlət rəsmilərinin qərarı olmuşdur. Üçüncü səbəb isə dünya birjasında enerji və yanacaq məhsullarının qiymətində artımın müşahidə olunmasıdır. Belə ki, Türkiyə istehsal və ixrac edən ölkə olması ilə paralel həm də, idxala bağlı ölkə hesab olunur. Türkiyənin enerji məhsullarının idxalından birbaşa asılı olması USD ilə TL arasında məzənnə fərqinə də xüsusi çəkidə təsir edir. Dördüncü səbəb Türkiyə Mərkəzi Bankasının (TCMB) verdiyi qərarlar da TL-nin dəyər itirməsinə səbəb olur. Hər dəfə TCMB tərəfindən pul siyasəti faizinin aşağı salınması və eləcə də, TCMB rəhbərlik səviyyəsində daxili strateji məsələlərin tez-tez dəyişməsi devalvasiya riskini daha da artırır. Beşinci səbəb, Türkiyə Respublikasının ölkə üzrə apardığı xarici siyasətə qarşı edilən “birbaşa iqtisadi müharibə” olaraq görülə bilər”.
Ekspert hesab edir ki, TL-nin ucuzlaşması yaxın zamanda Azərbaycana birbaşa olaraq təsir etməyəcəkdir: “Çünki Azərbaycanda manatın tənzimlənməsi birjalardan birbaşa asılı deyildir. Lakin Türkiyədə pul vahidinin dəyərsizləşməsi Azərbaycan-Türkiyə arasında olan ticarət əlaqələrinə təsir edə bilər. Çünki TL ucuzlaşdıqca, Türkiyədən idxal olunan məhsullara tələbat artacaqdır. Ümumi təcrübəyə və elmi əsaslara nəzər salsaq görərik ki, ölkədə pul vahidinin dəyərsizləşməsindən sonra inflyasiya da artım göstərir. Türkiyədə də, bu proses artıq başlamaqdadır. Ortalama olaraq 20% ə qədər inflyasiya artıq öz sözünü deməkdədir. Lakin bu proses ərzində, düşünürəm ki, Türkiyə ilə ticarət əlaqələri və eyni zamanda Türkiyədən idxal olunan məhsulların həcmində kəskin artım müşahidə olunacaqdır”.
Ramid İbrahimov 


SON XƏBƏRLƏR

26 Yanvar 2022