• Bakı C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Zəngəzur dəhlizi İqtisadi Əməkdaşlıq Təşkilatının gündəmində - AÇIQLAMA 

Gündəm

29 Noyabr 2021 | 16:18

Zəngəzur dəhlizi İqtisadi Əməkdaşlıq Təşkilatının gündəmində - AÇIQLAMA 

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammiti keçiriib. Azərbaycan Prezidentinin də iştirak etdiyi sammitdə dövlət başçıları ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

“Bu sammit çox əhəmiyyətli sammit idi. Çünki konkret məsələlərlə bağlı fikir mübadiləsi keçirilib, eyni zamanda müəyyən qərarlar qəbul olunub. Əlbəttə ki, ikitərəfli formatda olan görüşlər də çox əhəmiyyətli idi. Belə ki, Azərbaycanın bu təşkilata daxil olan ölkələrin hər biri ilə sıx dostluq münasibətləri var”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəliyev bildirib.

Politoloq qeyd edib ki, son vaxtlar Azərbaycan-İran münasibətlərində müəyyən süni gərginlik yaranmışdı: “Aşqabadda Azərbaycan prezidentinin öz həmkarı ilə görüşü, bizim prezidentimizin İranlı həmkarı ilə görüş də onu göstərdi ki, əsas ziddiyyətlər aradan qaldırıldı və tərəflər iqtisadi və siyasi dialoqun inkişaf etdirilməsinə dair mühüm addımlar atdılar. Digər tərəfdən, qaz nəqliyyatı ilə bağlı vacib sənəd imzalandı, yəni Türkmənistan qazı İran vasitəsi ilə Azərbaycana gətiriləcək. Bu da imkan verəcək ki, Azərbaycan Avropa bazarına ixrac etdiyi qaz həcmi artacaq. Bu da əlbəttə ki, bizim üçün çox əhəmiyyətli və kifayət qədər mənfəət gətirəcək. Avropa bazarlarında qazın qiyməti qalxdığını nəzərə alsaq, bu qazın Avropa bazarlarına çatdırılması Azərbaycanın iqtisadiyyatı üçün çox vacib, əhəmiyyətli faydalar gətirə bilər.

İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində müzakirə olunan əsas məsələlərdən biri yol nəqliyyat dəhlizlərinin inkişafı idi. Burada da Zəngəzur dəhlizinin açılması bütün ölkələrə xeyir gətirəcəyi qeyd olundu. Azərbaycan prezidenti bu barədə danışıb və digər ölkələrin rəhbərləri tərəfindən bu təklif dəstəklənib, yəni Zəngəzur dəhlizinin əhəmiyyəti bir daha təsdiqlənib. Bu da ondan xəbər verir ki, əslində bizim üçün və region üçün bu dəhliz yaranmış siyasi iqtisadi ab-havanı gələcəkdə yalnız müsbət çalarlarla səciyyələndirəcək”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

26 Yanvar 2022