Elmar İsmayılzadə bakalavr və magistratura təhsilini Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə almışdır. 2022-ci ildən etibarən Azərbaycan Turizm və Menecment Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə doktorantura təhsilini davam etdirir. Elmar İsmayılzadənin tədqiqat sahələri sülh və münaqişə tədqiqatlarını, həmçinin Avropa dövlətlərinin xarici siyasətini əhatə edir.