Sərdar Nəsrullayev 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr dərəcəsini əldə etmişdir. 2025-ci ildə isə həmin Akademiyanın "Beynəlxalq münasibətlər və diplomatiya" ixtisası üzrə magistratura təhsilini tamamlamışdır. Onun əsas tədqiqat istiqamətləri ABŞ-ın xarici siyasəti, qlobal siyasətdə Böyük Güclər arasında rəqabət, Yaxın Şərqdə geosiyasi proseslər, həmçinin Azərbaycanın xarici siyasəti və Cənubi Qafqazda baş verən regional proseslərdir.