Rəşad Bağırov tarix və beynəlxalq münasibətlər üzrə müstəqil tədqiqatçıdır. O, Avropaşünaslıq üzrə bakalavr dərəcəsini Bakı Mühəndislik Universitetində və ilk magistr dərəcəsini Nyukasl Universitetində alıb. Rəşad Mərkəzi Avropa Universitetində Müqayisəli Tarix üzrə ikinci magistr təhsilində “İkinci Dünya Müharibəsi illərində Sovet İttifaqından olan hərbi əsirlər” mövzusuna fokuslanmışdır. Araşdırdığı sahələr Qafqaz, İran, Yaxın Şərq regionları və geosiyasətdir.